"EPC Group" MMC

“EPC Group” MMC - 27 yanvar 2015-ci ildə təsis edilib. Şirkət Azərbaycan Respublikasında, istərsə də onun hüdudlarından kənarda əqdlər, sazişlər, müqavilələr bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqlarını əldə etmək hüququna malikdir. “EPC Group” MMC-nin tərkibində “Kiyazco”, ”Caspian Refractory”,”Zaman İnter İncinerinq Group”,”Aztermoizol”,”İstilik Energy”,”FSS Company”və “Scientific Production Center” şirkətləri fəaliyyət göstərir. “EPC Group” MMC-nin fəaliyyəti əsasən tikinti sektoru, neft-qaz, neft-kimya, mədən sənayesinin I və II məsuliyyət səviyyəli qurğularının layihələndirilməsi, tikintisi və istismara verilməsi mərhələlərində ölkədə və ölkə xaricində müasir idarəetmə sistemlərinin yaradılması və biznes texnologiyaları imkanlarının müvafiq qaydada tətbiq edilməsindən ibarətdir. “EPC Group” böyük həcmdə tikinti quraşdırma, mühəndislik işlərinin aparılması, investisiyanın cəlb olunması və müasir idarəetmə sistemlərinin yaradılması sahəsində böyük təcrübəyə malikdir. 26 iyul 2017-ci il tarixində AMEA YTP ilə imzalanan əməkdaşlıq müqaviləsinə əsasən “EPC Group” MMC  Azərbaycan alimlərin patentlərinə əsaslanan innovasiya və yüksək texnologiyaların inkişaf etdirilməsi, investisiyanın cəlb edilməsi və alınan nəticələrin sənaye, xidmət və digər sahələrdə tətbiq edilməsini həyata keçirəcək. Şirkət eyni zamanda özünün beynəlxalq şəbəkə imkanlarından istifadə edərək bu texnologiyaları xaricdə Azərbaycan brendi kimi tanıdacaq. “EPC Group” MMC Azərbaycanda “Gədəbəy qızıl mədəni”, “Metanol” zavodunda mühəndislik, tikinti quraşdırma işlərinin müasir idarəetmə sisteminin yaradılması və bu sahələrə investisiyanın cəlb olunmasında iştirak edib. Şirkət eyni zamanda cəmiyyət İran İslam Respublikasinda sənaye və sosial obyeklərin tikintisini həyata keçirib.