Yaxın zamanda Çin küçələrində süni intellekt ilə işləyən itlər görə bilərik!
Çinin Şimal-Qərb Politexnik Universitetinin tədqiqatçıları ölkədəki 17 milyon gözdən əlil insana kömək etmək üçün apardıqları araşdırmalarda böyük irəliləyiş qət ediblər. Belə ki, onlar süni intellekt dil modelindən istifadə edərək inkişaf etdirdikləri bələdçi itinin naviqasiya və yoldaşlıq üçün çox yaxşı vasitə olduğunu hesab edirlər.
Tədqiqatçıların qeyd etdiyinə görə, bu AI bələdçi iti hətta əvvəlki elektron naviqasiya vasitələrinin məhdudiyyətlərindən belə kənara çıxaraq onları geridə qoyur. Xüsusi tapşırıqlar üçün proqramlaşdırılmış “soyuq maşınlardan” fərqli olaraq, bu süni intellekt yoldaşı insan göstərişlərini başa düşə və hətta onlarla danışa da bilər. Əlavə olaraq, bu süni intellekt yoldaşının küçələr, liftlər və qapalı məkanlar kimi mühitlərdə naviqasiya qabiliyyətinə malik olacağı da bildirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.edu.gov.az saytına istinad zəruridir.