“Şərq Tərəfdaşlığı ölkələrində yüksək effektiv inkubasiyanın inkişafında özəl sektorun rolu” adlı maarifləndirmə sessiyası keçirilib
Elm və Təhsil Nazirliyi Yüksək texnologiyalar Parkının İnkubasiya və texnologiyaların Transferi Mərkəzinin müdiri Bünyamin Seyidov və Ruslan Yusifov Avropa Birliyinin EU4Digital layihəsi çərçivəsində təşkil edilən “Şərq Tərəfdaşlığı ölkələrində yüksək effektiv inkubasiyanın inkişafında özəl sektorun rolu” adlı maarifləndirmə sessiyasında iştirak ediblər. Tədbirdə yüksək performanslı inkubasiya və özəl sektorla startaplar arasında əlaqələr, onların cari bazar ehtiyaclarına istiqamətlənmələrinə dair təqdimatlar olmuşdur. Sessiya çərçivəsində YTP əməkdaşları Şərq tərəfdaşlığı ölkələrini təmsil edən təşkilatların ən yaxşı təcrübələrinin mübadiləsi üçün təşkil olunan müzakirələrə qoşulmuşlar.