Azərbaycan Tələbələrinin Elm və İnnovasiya Forumu keçirilib.
Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin “Elm və innovasiya” proqramının təşkilatçılığı, Təhsilin İnkişafı Fondu və Azərbaycan Texniki Universitetinin dəstəyi ilə Azərbaycan Tələbələrinin Elm və İnnovasiya Forumu keçirilib.
Tədbirdə Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması və biznesin inkişafı şöbəsinin əməkdaşı Rəsul Həşimov ölkəmizdə tələbələr üçün yaradılan bir çox təhsil imkanlarından bəhs edib.
Sonra Milli Onkologiya Mərkəzinin Molekulyar onkologiya laboratoriyasının müdiri Leylaxanım Məlikova, Amerika Psixoloqlar Assosiasiyasının üzvü, Psixi alqoritmlər nəzəriyyəsinin müəllifi, klinik psixoloq Rövşən Nəzərli, Eksperimental psixoloji laboratoriyanın direktoru Fidan Qənbərli, Milli Onkologiya Mərkəzinin həkimi Səbinə Mehdizadə, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərgiz Bayramova, ADA Universitetinin müəllimi, sosial tədqiqatçı İnqilab Şahbazov, İRİA-nın İnnovasiya ekosistemi departamentinin baş layihə meneceri Camal Ağayev, “Zəhra kosmosda” platformasının təsisçisi Zəhra İmanova, ADMİU-nun Keyfiyyətin təminatı və strateji planlaşdırma şöbəsinin müdir müavini Elçin Cəfərov və Corc Vaşinqton Universitetinin doktorantı Sani Salehin iştirakı ilə panel sessiyalar keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.edu.gov.az saytına istinad zəruridir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.edu.gov.az saytına istinad zəruridir.