“Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi üzrə başlanğıc görüş keçirilmişdir.
“Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi üzrə başlanğıc görüş keçirilmişdir.
28 fevral 2024-cü il tarixdə “Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi çərçivəsində başlanğıc görüşü keçirilmişdir. Görüşdə Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkının baş direktoru Vasif Abbasov, icraçı direktor Zaur Nəhmətov, YTP-nin əməkdaşları, koreyalı ekspertlər və yerli mütəxəssislər iştirak etmişlər.
Tədbiri giriş nitqi ilə açan layihənin kordinatoru Eun Joo Kim layihə çərçivəsində görülən işlər haqqında ümumi məlumat verdi. Koreya tərəfindən verilən dəstəklə bağlı tədbir iştirakçılarını məlumatlandırdı.
Görüşdə çıxış edən YTP-nin baş direktoru Vasif Abbasov YTP ilə STEPI-nin əməkdaşlığından bəhs edərək ötən müddət ərzində xeyli işlərin görüldüyünü diqqətə çatdırdı. Layihənin Azərbaycanlı benefisiarlar üçün önəmini qeyd edən baş direktor bu ilki fəaliyyətdən də gözləntilərin yüksək olduğunu və YTP-nin layihənin işinə hər zaman dəstək verəcəyini bildirdi. Həmçinin Koreyanın digər təşkilatları ilə Memorandumların imzalandığı və real işlərlə bağlı razılığa gəlindiyi diqqətə çatdırıldı.
Daha sonra yerli və koreyalı ekspertlər tərəfindən Azərbaycanda texnologiyaların kommersiyalaşdırılması sisteminin vəziyyəti, “K-İnnovasiya 2023” çərçivəsində görülmüş işlər, Texnologiyaların Transferi və Kommersiyalaşdırılması Platformasının təkmilləşdirilməsi və Koreyanın I-Corps proqramı çərçivəsində Azərbaycanlı təlimçilərə təlimlərin verilməsi ilə bağlı təqdimatlar oldu və bu istiqamətlərdə müzakirələr aparıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.edu.gov.az saytına istinad zəruridir