Alimlər atmosferdən CO2 qazını yığa biləcək mexaniki ağaclar yaradıblar
Alimlər atmosferdən CO2 qazını yığa biləcək mexaniki ağaclar yaradıblar
Arizona Universitetinin alimi Klaus Lacknerin rəhbərliyi altında
tədqiqatçılar xüsusi mexaniki ağaclar yaradıblar. Yaradılmş həmin mexaniki
ağaclar atmosferdəki CO2 qazını yığa biləcəklər. Məlumata əsasən bu mexaniki
təchizatlar CO2 qazını təbii ağaclardan daha effektiv şəkildə yığa biləcəklər.
Mexaniki ağaclar diametri 1.5 metrlik xüsusi disklərə sahib olan yüksək
sütunlar şəklindədirlər. Disklər bir-birilərindən 5 sm-lik məsafədə yerləşirlər.
Yüksək sütunların sahib olduqları disklər kimyəvi qətran örtüyü ilə əhatə
olunublar. Həmin kimyəvi qətran atmosferdən CO2 qazının yığılması üçün
nəzərdə tutulub. Yığılmış CO2 qazı xüsusi anbarlara yerləşdirilir və daha sonra
ondan nəqliyyat növləri üçün nəzərdə tutulmuş sintetik yanacağın istehsalında
istifadə etmək olar.
Bu üsul ilə yanacaq istehsalı prosesində neft və qazın istifadəsini dəfələrlə
aşağı salmaq mümkün olacaq. Klaus Lackner yaxın gələcəkdə bu cür mexaniki
ağaclardan ibarət 3 ferma inşa etməyi planlaşdırır. Onlardan biri artıq bu ilin
sonunda Arizona ştatı ərazisində istifadəyə verilməlidir. Sözügedən layihənin
reallaşdırılması üçün alimlər ABŞ Energetika Nazirliyindən 2.5 milyon dollar
maliyyə əldə ediblər. 12 ədəd mexaniki ağac gün ərzində 1 ton həcmində CO2
qazı yığa bilər. 1200 ədəd mexaniki ağacdan ibarət kiçik ferma 100 ton
həcmində CO2 qazı yığmaq potensialına sahib olacaqdır.
2-3 kvadrat kilometr əraziyə sahib böyük ferma gün ərzində 10.000 ton,
bütün dünya üzrə 250 ədəd bu cür ferma isə gün ərəzində 2.7 milyon ton
həcmində CO2 qazı yığa bilər. Alimlərin sözlərinə əsasən planlaşdırılan ilk 3
fermanın istifadəyə verilməsindən sonra onlar hər gün 1000 ton həcmində
CO2 qazı yığa biləcəklər. Hal hazırda CO2 qazının ifrazı o qədər böyükdür ki,
təbii ağaclar onları yenidən oksigenə emal etməkdə çətinlik çəkirlər.
Atmosferdə yığılan CO2 isə öz növbəsində qlobal istiləşməyə səbəb olur. İqlim
dəyişikliyi ilə bağlı vəziyyət o dərəcədə kritikdir ki, insanlar hətta yanacaq
yandırılmasını və CO2 ifrazını tamamilə dayandırsalar da, bu, iqlimin
stabilləşməyi üçün kifayət etməyəcək.
- Etnytp
- Hits: 134