AMEA Yüksək Texnologiyalar Parkının rəhbərliyi Aİ- nin Şərq Tərəfdaşlıq Paneli çərçivəsində təşkil olunan konfransda iştirak ediblər
AMEA Yüksək Texnologiyalar Parkının beynəlxalq əlaqələr üzrə direktor müavini Məmməd Bağırzadə və Texnologiyaların Transferi və Biznes İnkubasiya şöbəsinin müdiri Zaur Əhmədzadə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Şərq Tərəfdaşlıq Paneli tərəfindən “ EU4İnnovation: tədqiqat - sənaye əlaqələrinin inkişaf etdirilməsi “ mövzusunda keçirilmiş konfransda iştirak ediblər.
Bir çox ölkələrin nümayəndə heyətlərinin iştirak etdiyi konfransın əsas mövzusu texnoloji yeniliklər və bu yeniliklərin istehsalat sahəsinə tətbiq edilməsidir.
Konfransda çıxış edən Texnologiyaların Transferi və Biznes İnkubasiya şöbəsinin müdiri Zaur Əhmədzadə Azərbaycandakı uğurlu texnologiya transferlərindən bəhs edib və rəhbərlik etdiyi şöbənin bu sahədəki fəaliyyətini vurğulayıb.
Konfransda AMEA- nın digər institut və təşkilatlarının nümayəndələridə iştirak ediblər.
Konfransda AMEA- nın digər institut və təşkilatlarının nümayəndələridə iştirak ediblər.