Ali Baş Komandanın Azərbaycanın hərbi qüdrətinin artırılmasına diqqəti düşməni təlaşa salıb.
AMEA Yüksək Texnologiyalar Parkının rezidenti “Buta Armor” şirkətinin fəaliyyəti və istehsal etdiyi məhsullar (zirehli jiletlər və aksesuarlar, minaların zərərsizləşdirilməsi və axtarışı üçün kostyumlar) düşmən ölkənin mətbuatında qeyd edilmişdir.
Ali Baş Komandan İlham Əliyevin hərbi siyasəti nəticəsində güclənməkdə olan Azərbaycan Silahlı Qüvvələrinin müasir silahlarla təchizatı və zirehlənməsi işğalçı Ermənistan dövlətini narahat etməyə bilməz.
Ermənistan www.nkobserver.com saytı “Buta Armor Azərbaycan Silahlı Qüvvələrinin Bolqarıstan anti-ballistik avadanlıqları ilə təchiz olunmasını təmin edəcək” başlığı ilə xəbər yayıb. Xəbərdə qeyd edilir ki, “2019-cu ildən etibarən yeni bir şirkət Azərbaycan Silahlı Qüvvələrini anti-ballistik texnologiya əsasında istehsal ediləcək vasitələrlə təchiz edəcəkdir. 2018 - ci ilin fevralında Bakıda əsası qoyulan “Buta Armor” şirkəti Bolqarıstanın “Mars Armor” şirkəti ilə əməkdaşlıq edəcəkdir.
Bolqar saytında olan texniki məlumatlara əsasən, istehsal ediləcək zirehli plitələr 7,62x54 mm-ə qədər çapda atılan güllələrə, PKM və Dragunov silahının güllələrindən qorunmağa imkan verir.
Şirkətin Bakıda qərargahı, Gəncə, Mingəçevir, Şirvan, Lənkəran, Sumqayıt və Naxçıvan şəhərlərində filialları vardır. Bolqarıstan və Azərbaycan şirkətlərinin əvvəllər də əməkdaşlıq əlaqələri olmuşdur. Hər iki tərəf, xüsusən də Azərbaycan tərəfi həm biznes əlaqələri, həm də müdafiə sənayesinin inkişafına maraq göstərir” yazaraq düşmən dövlət haqlı təlaşdadır.
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI DÖVLƏTİMİZİN MÜDAFİƏ QÜDRƏTİNİN ARTIRILMASI SAHƏSİNDƏ ƏHƏMİYYƏTLİ TÖHFƏLƏRİNİ DAİM VERƏCƏKDİR.