AMEA YT Parkın ekspertlər şurasının üzvü, akademik, Vaqif Fərzəliyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif edilib
V.M.Fərzəliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Vaqif Məcid oğlu Fərzəliyev “Şərəf” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 2019-cu il.