AMEA-nın prezidenti akademik Ramiz Mehdiyev “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-də vəzifə təyinatları haqqında müvafiq Sərəncamlar imzalamışdır
AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevin müvafiq Sərəncamları ilə “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru texnika elmləri doktoru Elton Məmmədovun təqdimatına əsasən “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin investisiya, kommersiya və istehsalat üzrə baş direktor müavini vəzifəsinə Elyar Eldar oğlu Kərimov, ümumi və strateji inkişaf üzrə baş direktor müavini vəzifəsinə Məmməd Elxan oğlu Bağır-zadə, Maliyyə və iqtisadi təhlil şöbəsinin müdiri - baş mühasibi vəzifəsinə Jalə Nəsirağa qızı Cabarova təyin edilmişdir.