Azərbaycanda sənaye parklarının rezidentləri üçün güzəşt müddəti uzadıla bilər.
1 avqust 2018-ci il tarixində AMEA Yüksək Texnologiyalar Parkında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) icraçı direktoru Qəzənfər Əhmədov, AMEA İşlər İdarəsinin müdiri siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayevin iştirakı ilə görüş təşkil olunub.
Görüş iştirakçıları AMEA YT Parkın istehsal sahələrinə baxış keçirmiş, hazır məhsul anbarlarında olan əmtəələrlə tanış olmuşlar.
Rezident şirkətlər tərəfindən istehsal olunan pilotsuz uçuş aparatlarının imkanları və Radio ekoloji monitorinq sistemi nümayiş olunmuşdur.
AMEA YT Parkın rezidenti olan “DN Technologies” şirkətinin rəhbəri Ceyhun Nabadov, “Azeltech” MMC-nin rəhbəri Samir Süleymanov AMEA YT Parkında icra olunan layihələr haqqında geniş məlumat verərək, layihələrin aktuallığı, günümüzün tələblərinə cavab verməsini qeyd etmişlər.
Sonda Texnoparkın ərazisi ilə tanış olan qonağa burada yaradılan şərait, potensial rezidentlərin fəaliyyəti barədə məlumat verilmişdir.
01.08.2018