AMEA YT Parkın nümayəndəsi “Kənd Təsərrüfatında Müasir Texnologiyalar” mövzusunda beynəlxalq konfransda iştirak edib.
AMEA Yüksək Texnologiyalar Parkının Texnologiyaların Transferi və Biznes İnkubasiya şöbəsinin müdir müavini Vüsal Süleymanlı 22-25 İyul tarixlərində “Kənd Təsərrüfatında Müasir Texnologiyalar” mövzusunda beynəlxalq konfransda iştirak etmişdir. Konfrans Çin Xalq Respublikasının Şandonq əyalətində İpək-Yolu Texnoparklar Assosiasiyası, Ludonq Universiteti (Çin) və Don Dövlət Texniki Universitetinin (Rusiya) birgə təşkilatçılığlı ilə baş tutub. “The Belt and Road Initiative” layihəsi çərçivəsində keçirilən konfrans zamanı aqrar sahənin inkişafı ilə bağlı yeniliklərdən bəhs edilib. Azərbaycan və Çin Xalq Respublikası arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir.