Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı , GR Group və Azmarketing şirkətlərinin birgə təşkilatçılığı ilə həyata keçirilən “ Made in Azerbaijan” tələbə laboratoriyasının növbəti turu baş tutub. 

Avqustun 14-də “ Made in Azerbaijan” tələbə laboratoriyasının növbəti turu çərçivəsində tələbələr Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində olub.İnfotur çərçivəsində Agentliyin əməkdaşları tərəfindən bütün laboratoriyalar haqqında geniş şəkildə məlumat verildi.Yüksək Texnologiyalar ilə təchiz olunmuş laboratoriyalar , sağlam qidaların təminatına əsaslanır. Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı , GR Group və Azmarketing şirkətlərinin birgə təşkilatçılığı ilə həyata keçirilən “ Made in Azerbaijan” tələbə labaoratoriyasının növbəti turu yaxın zamanlarda baş tutacaq.