AMEA YT Parkın nümayəndə heyəti Micro Focus nümayəndələri ilə görüş keçirilib.
Görüşdə AMEA YT Parkın direktoru Vüqar Babayev, Texnologiya Transferi şöbəsinin müdiri Zaur Əhmədzadə, AMEA YT Parkın Beynəlxalq Əlaqələr üzrə direktor müavini Məmməd Bağır-zadə iştirak etmişdir. AMEA YT Parkın Biznes İnkubasiya Mərkəzinin ərazisi ilə tanış olan qonaqlara burada yaradılan şərait, startapların fəaliyyəti barədə məlumat verilib.
AMEA YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev ölkəmizdə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan yüksək texnologiyalar sahəsinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, bu sahədə həyata keçirilən layihələr elmtutumlu iqtisadiyyatın inkişafına təkan verir və innovasiya, yüksək texnologiyaların istehsalata tətbiqini genişləndirir. Rəhbərlik etdiyi texnoparkın biznes təfəkkürü və innovativ düşüncənin inkişafına töhfə verdiyini söyləyən V.Babayev bu elmi qurumda elm və biznesin inteqrasiyası, biliklər iqtisadiyyatının formalaşması istiqamətində kompleks tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Micro Focus şirkətinin icraçı direktoru Vladimir Qlavchev rəhbərlik etdiyi şirkət haqqında məlumat verərək bildirmişdir ki, şirkətimiz mövcud proqram sərmayələrini maksimuma çatdırmaq və hibrid IT dünyasında innovasiyanı əhatə edən böyük təmiz proqram şirkətlərindən biridir. Müştərilərimizi yenilik mərkəzində saxlamaq və mövcud proqram sərmayələri üzərində “ROI”ni maksimuma çatdırmaq ən birinci vəzifəmizdir. Müəssisənin fəaliyyətinin İT üçün yeni hibrid modelində innovasiya imkanları ilə köhnə və yeni körpü yaratmağa yönəldiyini vurğulayıb.
AMEA YT Parkla Micro Focus şirkətləri arasında gələcək əməkdaşlıq müzakirə edilmişdir.