Monqolustan Prezidenti AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə tanış olub
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa sentyabrın 25-də AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) ilə tanış olub.
Monqolustan Prezidentinə bu qurumun fəaliyyəti barədə ətraflı məlumat verilib.
Bildirilib ki, YT Park elm, texnologiya və innovasiya vasitəsilə ilə milli iqtisadi inkişafa töhfə verməyi qarşısına məqsəd qoyub. Həmçinin milli innovasiya sistemini genişləndirmək və bu sahəyə investisiya axınını gücləndirməyi hədəf alaraq uğurlu layihələrin həyata keçirilməsini dəstəkləyir.