" İdeyadan Biznesə " layihəsi çərçivəsində ilk innovasiya düşərgəsi Şəkidə təşkil olunub
“İdeyadan Biznesə” layihəsi çərçivəsində Şəki şəhərində 28-30 sentyabr tarixlərində yerli və xarici texnoparkların, inkubasiya mərkəzlərinin nümayəndələrinin, investor və startapçıların iştirakı ilə “İnnoCamp” adı altında innovasiya düşərgə təşkil olunub. AMEA Yüksək Texnologiyalar Parkının əməkdaşı Vüsal Süleymanlı yerli və beynəlxalq startup komandaların inkişafı istiqamətində təlim proqramının təşkilində iştirak edib və "Gələcəyin peşələri" adlı təqdimatla çıxış edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Microsoft” və “Azercell” şirkəti ilə birgə həyata keçirilən innovativ düşərgə Şəki şəhəri “Marxal” otelində 3 gün davam edib.