AMEA Yüksək Texnologiyalar Parkı ilə Misirin “ CHIWY ” şirkəti arasında görüş keçirilib
16 oktyabr 2018- ci il tarixində AMEA Yüksək Texnologiyalar Parkı ilə Misirin “ CHIWY ” şirkəti arasında görüş keçirilib.
Görüşdə AMEA Yüksək Texnologiyalar Parkının direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov, AMEA Yüksək Texnologiyalar Parkının Beynəlxalq əlaqələr üzrə direktor müavini Məmməd Bağırzadə, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, professor Əlövsət Quliyev, “ Agro Bio Eco Tech ” MMC- nin direktoru Əli Əlizadə və “ CHIWY ” şirkətinin rəhbərliyi və nümayəndələri iştirak ediblər.
Görüş zamanı mikrobioloji bakteriyalardan istifadə edilərək tullantılardan gübrə istehsalı müzakirə olunmuşdur. Yaxın gələcəkdə AMEA Yüksək Texnologiyalar Parkı, onun rezidenti “ Agro Bio Eco Tech ” MMC, Torpaqşünaslıq və Aqrokimya İnstitutu və “ CHIWY ” şirkəti birlikdə Misir və Azərbaycan üçün əhəmiyyətli olacaq mikrobioloji bakteriyalardan istifadə edilərək tullantılardan gübrə istehsalını həyata keçirən avadanlığın hazırlanmasını planlayıblar.
Həmçinin, Azərbaycan və Misir arasında işgüzar əlaqələrin inkişafı barədə danışılıb.