Naxçıvan Qarnizonu qoşunlarının birgə təlimi keçirilib
Oktyabrın 30-da Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi təlimi izləyiblər.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə hazırlıq barədə raport verib.
Ali Məclisin Sədri yeni hərbi təyinatlı cihazlara baxıb.
Məlumat verilib ki, Silahlı Qüvvələrin Hərbi Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyasının birgə hazırladıqları “İldırım RP-10” radiopartladıcı və “Sərhəd Sipər Sistemi” yüksək texniki göstəricilərə malikdirlər. “İldırım RP-10” radiokanal sistemi mürəkkəb relyefi olan ərazidə 3500 metr məsafədə, birbaşa görüntülü ərazidə isə 5 min metr məsafədə döyüş tapşırığını yerinə yetirir. “Sərhəd Sipər Sistemi” isə 1 kilometr məsafədə mühəndis çəpərinə quraşdırılır və radiosiqnallar vasitəsilə xəbərdaredici maneələr zolağı yaradır. Dövlət sərhədinə hər hansı müdaxilə olduğu zaman sistem onun yerini müəyyənləşdirir və mərkəzə məlumat ötürür.
Təlimdə Azərbaycan Milli Elmlər Akademiyasının Strateji Araşdırmalar Mərkəzinin alim və əməkdaşları iştirak ediblər.