AMEA YT Parkın istehsalı olan meyvəqurutma avadanlığı Göyçayda sərgiləndi
03-04 noyabr 2018-ci il tarixlərində Göyçay şəhərində keçirilən Nar Festivalında AMEA Yüksək Texnologiya Parkının istehsalı olan meyvəqurutma avadanlığı festival iştirakçılarına və fermerlərə təqdim edilib.
AMEA alimlərinin iştirakı ilə fermerlərə və sahibkarlara avadanlıq haqqında ətraflı məlumat vermişdir. Eyni zamanda avadanlıqda qurudulan müxtəlif meyvələr qonaqlara təqdim edilmişdir.
İqtisadi baxımdan bu avadanlıqlara ölkə daxilində və yaxın xaricdə (Gürcüstan, Rusiya, Özbəkistan, Türkmənistan və s.) tələbat olduqca çoxdur. Qurutma avadanlığından istifadə etməklə yay mövsümündə bol və ucuz olan məhsulu qurudub daha uzun müddət saxlamaq və istehlak etmək mümkündür.
Hazırkı avadanlıq bir yükləmədə 1ton məhsul tutumuna malikdir. Onun vasitəsilə istənilən meyvə, tərəvəz, giləmeyvə və göyərtinin qurudulması olduqca əlverişlidir.
AMEA YT Parkda gələcəkdə müxtəlif həcmli meyvəqurutma avadanlığının istehsalı nəzərdə tutulur.