Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə TellMann tok-şouya müsahibə verib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə TellMann tok-şouya videomüsahibə verib.
Müsahibədə akademik A.Əlizadə öz həyat və fəaliyyəti, AMEA-nın Yüksək Texnologiyalar Parkının uğurları, yeni nəsil alimlərin hazırlanmasında və inkişafında fəal rolu, akademiya çərçivəsində aparılan gender siyasəti, Xəzərdə həyata keçirilən böyük elmi-tədqiqat layihələri və ölkə ərazisində yeni muzeylərin yaradılması barədə danışıb. Alim, eyni zamanda, dərsliklərə, ümumilikdə orta və ali təhsil müəssisələrində tədris proqramına münasibətini bildirib, həmçinin bu istiqamətdə AMEA-nın Təhsil Nazirliyi ilə birgə planlarından bəhs edib.
TellMann tok-şounun müəllifi və aparıcısı “Caspian European Club”ın sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevdir.
Xatırladaq ki, AMEA Yüksək Texnologiyalar Parkı ilə “Caspian European Club” arasında 01 noyabr 2018- ci il tarixində əməkdaşlığa dair memorandum imzalanıb.
Müsahibəni https://www.youtube.com/watch?v=QK422U08iqc&t=189s linki vasitəsi ilə izləmək olar.