27 noyabr 2018-ci il tarixində AMEA Yüksək Texnologiyalar Parkı və İsrail Respublikasının “General Robotics” şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının güc strukturlarının əməkdaşlarının iştirakı ilə pilotsuz uçuş aparatlarının təqdimat mərasimi keçirilmişdir.
  Ölkənin müdafiə və hərbi qüdrətinin artırılması maraqlarına uyğun olaraq, keçirilən təqdimatda İsrail Respublikasının “General Robotics” şirkəti tərəfindən müasir pilotsuz uçuş aparatları barədə məlumat verilmişdir. Auditoriya iştirakçılarının sualları şirkətin Biznesin inkişafı üzrə Direktoru Zion Gazit tərəfindən cavablandırılmışdır.
 İsrail ordusunun Hərbi Hava Qüvvələrinin keçmiş zabiti olan Zion Gazit 1975-ci ildən pilotsuz uçuş aparatlarının yaradılması ilə məşğul olmuşdur. Dünyanın bir çox qaynar nöqtələrində onların praktiki istifadə olunmasında böyük təcrübəyə malikdir. O, bu günə kimi "General Robotics" şirkətində PUA-ların istehsalına rəhbərlik edir.