Dünya Bankı Qrupu “Doing Business 2019” hesabatını açıqlayıb. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.
“Doing Business 2019: İslahatlar üçün təlim” hesabatında iştirakına görə AMEA Yüksək Texnologiyalar Parkının direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov Doing Business komandası tərəfindən sertifikat və təşəkkür məktubu ilə təltif olunub.