“Gələcəyin karyerası: dəyişən peşələr” adlı seminar keçirilib
Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının rəhbərliyinin əməkdaşı Vüsal Süleymanlı, Bakı Dövlət Universitetinin tələbələri üçün təşəbbüskarlıq proqramlarının həyata keçirilməsi istiqamətində “Gələcəyin karyerası: dəyişən peşələr” adlı seminar proqramında çıxış etmişdir.
Seminar proqramı Bakı Dövlət Universitetinin Karyera, Praktika və Məzunlarla Əlaqə Mərkəzi, AMEA YT Park Biznes İnkubasiya Mərkəzi, INNOVA İnnovasiya Şirkəti və SAYMORE Təlim-İnkişaf Mərkəzi tərəfindən təşkil edilmişdir.
Seminarda Bakı Dövlət Universitetinin Karyera, Praktika və Məzunlarla Əlaqə Mərkəzinin müdiri Dosent Adil Xasayev, “İNNOVATİV layihələrə dəstək qrupu”-nun rəhbəri Dosent Mətanət Musayeva, Tyutor Nərgiz Abışova başda olmaqla universitetin müəllim-tələbə heyəti iştirak etmişdir.
Seminar müddətində müasir əmək bazarında tendensiyalar, beynəlxalq təcrübə və texnologiya əsaslı peşə fəaliyyətinin mahiyyətindən danışılmış, bu sahənin transformasiyasını həyata keçirən innovativ layihələr haqqında məlumat verilmişdir.