AMEA Yüksək Texnologiyalar Parkının AMEA STRATEJİ ELMİ ANALİTİK SINAQ MƏRKƏZİNİN (AMEA SEASM) AKREDİTASİYA və KALİBRLƏMƏ (metrologiya) işləri üzrə tədbirlər həyata keçirilmişdir.
        Sınaq laboratoriyasının AZS İSO/İEC 17025-2009 standartının tələbinə uyğun sistem sənədləri hazırlanır. Bununla bağlı AMEA Yüksək Texnologiyalar Parkının direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov, laboratoriyanın müdiri, kimya üzrə fəlsəfə doktoru Arzu Əlizadə, müdir müavini Kamal Yusifovun iştirakı ilə iclas keçirilmişdir.
        AKREDİTASİYA və KALİBRLƏMƏ (metrologiya) işləri ilə bağlı görüləcək tədbirlər planı hazırlanmışdır. İlkin olaraq laboratoriyanın auditi, standart tələbinə uyğun prosedurların, işçi təlimatlarını, forma və anketlərin, laboratoriya əsasnaməsinin, pasport, akreditasiya sahəsinin və keyfiyyət siyasət proqramının hazırlanması və sair işlər həyata keçirilir. 
        Milli akreditasiya əldə edilməsi ilə bağlı bütün qüvvələrin səfərbər edilməsi direktor, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov tərəfindən tapşırılmışdır.
        Akreditasiya əldə edildikdən sonra spesifik sınaq sahələrində təsdiq edilmiş səlahiyyətlərə malik laboratoriya barədə rəsmən daxili və beynəlxalq bazarlarda təqdimatın həyata keçirilməsi, rəsmi mətbuat orqanlarında və mediada işıqlandırılması tapşırılmışdır.
        Akreditasiya ilə bağlı AMEA Yüksək Texnologiyalar Parkının direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürovun göstərişinə əsasən işçi qrupu yaradılmışdır.