31 may 2019-cu il tarixində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, rəqəmli iqtisadiyyatı və cəmiyyəti dəstəkləyən "EU4Digital" proqramı Bakıda ilk tədbirini keçirib.
     Ümumi büdcəsi 11 milyon avro olan layihənin məqsədi iqtisadi artım, daha çox iş yerlərinin yaradılması, insanların həyat səviyyəsinin yaxşılaşdırılması və bizneslərə köməyin göstərilməsi üçün Aİ-nin dəstəyini rəqəmsal iqtisadiyyatın və cəmiyyətin potensialının inkişafına yönəldərək Avropa İttifaqının Vahid rəqəmsal bazar faydalarını Şərq tərəfdaşlığı ölkələrinə çatdırmaqdır.
     “EU4Digital” vasitəsilə Aİ “Şərq Tərəfdaşlığı” ölkələrini rouming tariflərinin endirilməsində, elektron xidmətlərin genişləndirilməsi və iqtisadiyyatın stimullaşdırılması üçün yüksək sürətli genişzolaqlı şəbəkənin inkişaf etdirilməsində, loqistikadan səhiyyəyə qədər olan sahələrdə rəqəmli strukturların uyğunlaşdırılmasında, kibertəhlükəsizliyin təmin olunması və rəqəmli bacarıqların inkişaf etdirilməsinə dəstək olur.
     Tədbirdə AMEA Yüksək Texologiyalar Parkının direktoru i.ü.f.d. Nazim Şükürov da iştirak edib.