23 yanvar 2019-cu il tarixdə AMEA Yüksək Texnologiyalar Parkı ilə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında görüş keçirilib. Görüşün əsas məqsədi İnstitutda fəaliyyət göstərən əməkdaşların müəllifi olduqları innovativ layihələrin müzakirə edilməsi və bu layihələrin gələcəkdə kommersiyalaşdırlması üzrə təkliflərin müzakirəsi olmuşdur.
        İlk öncə çıxış edən AMEA YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov rəhbərlik etdiyi nümayəndə heyətini təqdim etdi.
        İclasda İnstitutun alimləri tərəfindən bir neçə innovativ layihə təqdim edildi. Layihələrin müzakirəsindən sonra AMEA YT Parkın nümayəndə heyəti layihələrin patentləşdirilməsini və kommersiyalaşdırılması mexanizmləri üzrə təkliflər paketini hazırlayaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə təqdim edilməsini və kommersiyalaşma mexanizminin işə salınmasını bildirdi.