AMEA Yüksək Texnologiyalar Parkının əməkdaşları "İxrac gömrük əməliyyatında beynəlxalq daşınma" mövzusunda təlimdə iştirak ediblər
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixracatçı sahibkarlar üçün həyata keçirilən "2019 İxraca Dəstək" layihəsinin II hissəsi üzrə təşkil olunan "İxrac gömrük əməliyyatında beynəlxalq daşınma" mövzusunda yekun təlim keçirilib. Təlimdə beynəlxalq daşınmalar üzrə mütəxəssis Nicat Şabanlı ixrac gömrük əməliyyatlarında beynəlxalq daşınma prosesi, beynəlxalq daşınmanın növləri, nəqliyyat sənədlərinin tərtib olunma standartları və beynəlxalq daşınma ilə bağlı sahibkarlara məlumatlar verib. Həmçinin iştirakçı sahibkarlara ixrac gömrük prosesinin gedişi, iqtisadi alqı-satqı müqavilələrinin tərtib olunması, ixrac hesab fakturalarının hazırlanması, ixrac zamanı tələb olunan icazə sənədlərinin alınması, ixracda xarici bazarların araşdırılması, ixracda biznes strategiyası, beynəlxalq daşınmalar və digər ixrac əməliyyatları ilə bağlı geniş təqdimat edilib.
Təlimdə AMEA Yüksək Texnologiyalar Parkının Patent, sertifikatlaşdırma, marketinq və biznes inkubasiya şöbəsinin müdiri Fikrət Qaibov, şöbənin baş mütəxəssisi Elşən Əliyev, aparıcı mütəxəssis İsa Həsənzadə, Kadr, mühasibatlıq və iqtisadi təhlil şöbəsinin əməkdaşı mühasib-iqtisadçı Seymur Sadıqov iştirak ediblər.
Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ,Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "İnnovasiyalar Mərkəzi”-nin və “My Broker” gömrük təmsilçiliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Dövlət Gömrük Komitəsinin rəsmi dəstəyi ilə təşkil olunan təlimlərin hər birində iştirak ödənişsiz əsaslar ilə həyata keçirilib.
Yekunda iştirakçılara sertifikatlar təqdim olunub.
AMEA Yüksək Texnologiyalar Parkının direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov sertifikat almış əməkdaşları təbrik edib və idxal-ixrac əməliyyatlarının AMEA YT Parkın fəaliyyətində vacib rol oynadığını vurğulayıb.