AMEA Yüksək Texnologiyalar Parkında “Elm Həftəsi”nə həsr olunmuş yığıncaq keçirilib
05 mart 2019-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının (YT Park) təşkilatçılığı ilə "Elm həftəsi"nə həsr olunmuş iclas keçirilib.
Yığıncağı giriş sözü ilə AMEA YT Parkın direktoru iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov açaraq Azərbaycan Respublikası Prezidentinin 09.04.2018-ci il tarixli 3892 №-li Sərəncamı ilə hər il martın 27-si Azərbaycan Respublikasında "Elm günü" qeyd edilməsi qərara alındığını qeyd edərək, AMEA Prezidenti akademik Akif Əlizadənin tapşırığına əsasən AMEA Yüksək Texnologiyalar Parkı tərəfindən 11.03.2019-ci il tarixdən 17.03.2019-cu il tarixədək "Elm həftəsi" keçiriləcəyini bildirdi.
AMEA YT Parkın direktoru “Elm Həftəsi”nin proqramı ilə kollektivi məlumatlandırdı və tədbirin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verdi.