İspaniyanın “ACTIVA” şirkəti ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında işgüzar görüş keçirilmişdir.
İspaniyanın Kataloniya Muxtar vilayətinin Barselona şəhərində yerləşən “ACTIVA” şirkətinin prezidenti Jesus Serra AMEA Yüksək Texnologiyalar Parkına səfər etmişdir.
Görüşdə AMEA Yüksək Texnologiyalar Parkının direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov, AMEA Yüksək Texnologiyalar Parkının strateji inkişaf üzrə direktor müavini Məmməd Bağırzadə, xüsusi şöbənin rəisi polkovnik Adil Məmmədov və “ACTIVA” şirkətinin rəhbərliyi iştirak ediblər.
“ACTIVA” şirkəti ekoloji memarlıq sahəsində innovativ boya məhsullarının istehsalı üzrə ixtisaslaşmışdır. Bu boyalar bioloji maddələrlə zəngindir. Belə ki, boya üzərinə işıq şüaları düşdükdə boyanın daxilindəki maddələr ətrafdakı mikrobları neytrallaşdırır.
Səfərin məqsədi innovativ layihələrin birgə icra olunması imkanlarının və şirkətə “AMEA YT Parkın” rezidenti statusunun verilməsinin araşdırılması ilə əlaqədar olmuşdur. Direktor Nazim Şükürov texnopark haqqında və rezidentlərə şamil olunan güzəştlər barədə məlumat vermişdir.