"AZTEXNIKA" şirkətinin icraçı direktoru Rəşad Əliyev, direktor müavini eyni zamanda satış şöbəsinin müdiri Ayaz Dadaşzadə 04 Aprel 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkına səfər ediblər.
     Görüşün keçirilməsində əsas məqsəd YT Parkda istehsal olunan məhsullarla yaxından tanışlıq, eləcə də əməkdaşlıq perspektivlərinin müzakirəsi olub. YT Parkın rezidentləri,  AMEA Təcrübə-Sənaye Zavodu və “Millers Oils Azərbaycan” şirkətinin istehsal sahələri ilə tanış olublar. İki qurum arasında ortaq istiqamətlərdə əməkdaşlığın təşkilinə dair fikir mübadiləsi aparılıb.