AMEA YT Parkın direktoru Nazim Şükürov Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın portalının təqdimatında iştirak edib
Aprelin 5-də Bakıda Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın portalının təqdimatı keçirilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, təqdimatda Mərkəzin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Vüsal Şıxəliyev, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Beynəlxalq Maliyyə Korporasiyasının ölkə üzrə nümayəndəliyinin rəhbəri Aliyə Əzimova, Vergilər nazirinin müavini İlkin Vəliyev, Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov, Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Naveed Naqvi və digər rəsmilər iştirak ediblər.
Tədbirdə dövlət satınalmaları sahəsində aparılan islahatlar, biznes islahatlarının aparılmasında özəl sektorla əməkdaşlıq, “Yaşıl dəhliz buraxılış sistemi”, tikinti üçün ücazələrin alınması üzrə yeni elektron müraciət sistemi, iqtisadi islahatların aparılmasında Dünya Bankı ilə əməkdaşlıq və digər mövzular üzrə təqdimatlar keçirilib. AMEA Yüksək Texnologiyaları adından Azərbaycan Milli Elmlər Akademiyasından Yüksək Texnologiyalar Parkının direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov da tədbirdə iştirak etmisdir.