AMEA YT Park ADA Universitetindəki Karyera sərgisində iştirakına görə sertifikatla təltif edilib
28 fevral 2019-cu il tarixdə ADA Universitetində Karyera Xidmətləri tərəfindən Karyera sərgisi keçirilib. 900-dən çox tələbənin və 105 şirkətin iştirak etdiyi sərgidə AMEA –nın Yüksək Texnologiyalar Parkının əməkdaşları Vüsal Süleymanlı, Məmməd Qubadov, Gültac Həsənli, Elşad Hacıyev, Nərmin Əfəndiyeva iştirak ediblər.
Sərginin təşkilində əsas məqsəd ölkənin müxtəlif ali məktəblərində təhsil alan tələbələri müvafiq qurum və şirkətlərlə tanış etmək, onları təcrübə proqramları və iş imkanları barədə məlumatlandırmaq və gələcək karyera planları ilə bağlı müzakirələr aparmaqdır. Sərgi, həmçinin tələbələrə mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlərə isə öz növbəsində potensial kadrların seçimini aparmaq imkanı verir.
ADA Universitetində Karyera Xidmətləri tərəfindən Karyera sərgisində fəal iştirak etdiklərinə görə AMEA –nın Yüksək Texnologiyalar Parkının əməkdaşlarını sertifikatlarla təltif edilmişlər.