Rusiya Federasiyasinin “BNTİ və Azərbaycan arasında nüvə hissəciklər fizikası və hissəcik detektorları sahəsində əməkdaşlığın üfüqləri” konfransının iştirakçıları AMEA Yüksək Texnologiyalar Parkına səfər etmişlər
09 Aprel 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı ilə BNTİ arasında seminar keçirilmişdir.
Rusiyanın BNTİ-nin Vitse-direktoru M.Q.İtkis, BNTİ-nin Yüksək Fiziki Enerji laboratoriyasının direktor müavini A.S.Vodopyanov, BNTİ-nin Nüvə reaksiyası laboratoriyasının direktoru S.N.Dimitriyev, BNTİ-nin İnformasiya Texnologiyalar laboratoriyasının direktoru V.V. Korenkov, BNTİ-nin Nüvə Problemlərı laboratoriyasının baş elmi işçisi N.A.Rusakoviç, LYAP BNTİ-nin direktor müavini V.Qlaqolev, BNTİ -nin Nüvə Problemlər laboratoriyasının böyük elmi işcisi N.A. Quseynov, BNTİ-nin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini A.Kotova, BNTİ -nin Yüksək Fiziki Enerji və Fiziki Atlas laboratoriyasının sektor müdiri A.P.Ceplakov, Cexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutunun direktoru İvan Ştekl, Eksperimental və Tətbiqi Fizika İnstitutunun elmi işcisi Fadaxat Mamedov, Polşanın Təhsil Nazirliyinin böyük mütəxəssisi Bereza Aqneşka, Eksperimental və Tətbiqi Fizika İnstitutunun elmi işçisi Michael Holik və FAİR Almaniyadan Paolo Giubellino AMEA Yüksək Texnologiyalar Parkına səfər ediblər.
Xəzər regionunda təkrarı olmayan, AMEA-nın Strateji Elmi Analitik Sınaq Mərkəzinin laboratoriyası ilə yaxından tanış olan qonaqlara Kimya üzrə fəlsəfə doktoru Arzu Əlizadə və keyfiyyət üzrə menecer Kamal Yusifov laboratoriyanın səlahiyyət sahəsi və avadanlıqlar barədə məlumat veriblər.
Qonaqlar YT Parkında istehsal olunan məhsullarla tanış olublar. Görüşdə, həmcinin YT Parkın rezidentlərinin istehsal etdiyi, elmtutumlu və innovativ məhsulların mühərrik, sənaye və sürtkü yağları ilə də tanış olublar. Tədbirin nəticələri çay süfrəsi ətrafında müzakirə olunmuşdur.