09 Aprel 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, AMEA Yüksək Texnologiyalar Parkının direktoru Nazim Şükürov, “İNKOR” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Vüqar Fərəcov arasında müqavilə bağlanılıb.
      AMEA Yüksək Texnologiyalar Parkında AMEA Neft-Kimya Prosesləri İnstitutunda yaradılmış sənaye tətbiqli yeni proseslərin istilik və elektrik enerjisi ilə təminatı məqsədilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Energetikanın Problemləri” ETL tərəfindən alternativ enerji mənbələri əsasında, xüsusən də günəş energetik qurğuların işlənib hazırlanması, tətbiq olunan texnoloji prosesin və energetik qurguların texniki-iqtisadi əsaslandırılmasının hazırlanması haqqında fikirlər irəli sürülmüşdür.