Ekoloji heyvandarlıq, quşçuluq, arıçılıq, dərman bitkilərinin tədarükü və s. kimi məsələlər, həmçinin tələbələrin istehsalat təcrübəsi işlərinin təşkili müzakirə olunmuşdur
16 aprel 2019-cu il tarixində AMEA Yüksək Texnologiyalar Parkında “Müasir texnologiyalara əsaslanan ekoloji heyvandarlıq, ekoloji quşçuluq, ekoloji arıçılıq, dərman bitkilərinin” tədarükü, kənd təsərrüfatı bitkilərinin əkini, rekreasiya kompleksinin yaradılması, fərdi bağçılıq təsərrüfatı sisteminin təşkili ilə bağlı AMEA YT Parkının direktoru, i.ü.f.d. Nazim Şükürovun sədrliyi ilə iclas keçirilmişdir. İclasda həmçinin AMEA YT Parkda görülən cari işlər haqqında müzakirələr aparılmışdır.
Direktor tərəfindən AMEA-nın İnstitutlarının Təcrübə Dayaq Məntəqələrində İşlər İdarəsinin sifarişi əsasında yerinə yetirilmiş işlərə dair məsələlərlə bağlı tapşırıqlar verilmişdir.
Eyni zamanda tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində AMEA YT Parkda istehsalat təcrübəsinin keçirilməsi məqsədilə təşkilati işlər müzakirə edilmişdir. AMEA Yüksək Texnologiyalar Parkının direktoru i.ü.f.d. Nazim Şükürovun tapşırığı ilə AMEA YT Parkda istehsalat təcrübəsinin kecirilməsi məqsədilə 27 sayda universitetə məktublar göndərilmişdir. Universitetlər tərəfindən təşəbbüs müsbət qiymətləndirilib və artıq YT Parka müraciətlər daxil olmuşdur. Təcrübə müddətində tələbələrin isti yeməklə və nəqliyyat servisi ilə təmin olunacağı qeyd edilmişdir. Onlara AMEA YT Parkın rezidentlərinin istehsalat prosesləri, mühasibatlıq, hüquq, patent, sertifikatlaşdırma, kargüzarlığın aparılması qaydaları, kadr işinin təşkili və s. barədə təlimlər keçiriləcəkdir.