17 aprel 2019-cu il tarixində AMEA Yüksək Texnologiyalar Parkında İqtisadi İslahatların Təhlili və Kommunukasiya Mərkəzinin məsul vəzifəli şəxsi Oruc Dursunzadə ilə AMEA YT Parkının rəhbərliyi arasında  görüş keçirilmişdir. AMEA YT Parkının direktoru i.ü.f.d. Nazim Şükürov YT Park barədə və rezidentlər tərəfindən istehsal olunan ixracyönümlü məhsullar barədə məlumat verdi. Bildirdi ki, bəzi hallarda xarici partnyorlarla müqavilələr bağlanıb, mallar ixrac üçün hazırlandığına baxmayaraq müəyyən problemlərlə qarşılaşırıq. Ona görə də gələcəkdə İqtisadi İslahatların Təhlili və Kommunukasiya Mərkəzi tərəfindən müvafiq sahədə yaradılmış əlverişli şəraitdən istifadə etməliyik. Bu məqsədlə AMEA YT Parkın istehsal etdiyi məhsullar barədə məlumatların “EnterpriseAzerbaijan.com” və Azexport.az portallarında yerləşdirilməsi zəruridir.
   Mərkəzin nümayəndəsi “EnterpriseAzerbaijan.com” və Azexport.az portallarının funksionallığı və təqdim etdiyi yeniliklər o cümlədən, sahibkarlar ücün yaradılan imkanlar, yerli və xarici bazarlara çıxışın yolları haqqında ətraflı məlumat verdi.
   Oruc Dursunzadə eyni zamanda qeyd etdi ki, portal üzərində startaplar və başlanğıc layihələr üçün investorların cəlb olunması da mümkündür. 
     Qonaq layihələr üçün elan olunmuş müsabiqə barədə də məlumat verdi.
     AMEA YT Parkın direktoru AMEA-nın gənc alim və mütəxəssislərinin də bu müsabiqə barədə məlumatlandırılmasını tapşırdı.
     Müsabiqə qaliblərinə 25000 Britaniya funt sterlinqi məbləğində mükafat və xaricə səfərlər də nəzərdə tutulub.