AMEA YT Parkda istehsal olunan məhsullara dair BP şirkətinin nümayəndələri ilə AMEA YT Parkın əməkdaşları arasında görüş keçirilmişdir. Görüşdə AMEA YT Parkın direktoru i.ü.f.d. Nazim Şükürov, strateji inkişaf üzrə direktor müavini Məmməd Bağırzadə, infrastruktur üzrə direktor müavini Elxan Bayramov, BP şirkəti tərəfindən Tədarük və Təchizatın İdarə Olunması şöbəsinin nümayəndəsi Samir Tağıyev, kimya mühəndisləri Kənan Tağıyev, Elnur Abbasoglu, mexanika mühəndisi İlqar Abbasov iştirak etmişlər.  Görüşün keçirilməsində məqsəd AMEA YT Parkında istehsal olunan mühərrik  və sürtkü yağları barədə məlumat verilməsi, həmçinin AMEA Stateji Elmi Analitik Sınaq Mərkəzi tərəfindən göstərilən qaz və maye neft qazlarının, neft və neft-kimya məhsullarının, istehlak mallarında toksik elementlərin sınağının həyata keçirilməsi və ekspertizası məsələləri müzakirə olunmuşdur. Görüşün nəticəsi olaraq, BP şirkəti ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq məqsədilə təşkil olunmuş görüş yüksək qiymətləndirilmişdir.   BP şirkətinin əməkdaşlarının AMEA YT Parka biznes turlarının təşkil olunması razılaşdırılmışdır.