23 aprel 2019-cu il tarixindəSOCAR”ın Qaz İxrac İdarəsinin Baş direktor müavini Sərxan Babaşov və rəhbərlik etdiyi heyət AMEA YT Parka səfər ediblər. AMEA Yüksək Texnologiyalar Parkının Strateji Elmi Analitik Sınaq Mərkəzində (AMEA SEASM) qonaqlara laboratoriya avadanlıqları, mərkəzin imkanları və göstərilən xidmətlər barədə ətraflı məlumat verilmişdir. Mərkəzdə yaradılmış maddi-texniki baza, müasir tələblərə cavab verən iş şəraiti, beynəlxalq akkreditasiyadan keçməsi qonaqlarda böyük marağa səbəb olmuşdur. Eyni zamanda “SOCAR”ın Qaz İxrac İdarəsinin heyəti AMEA “Millers Oils Azərbaycan” və “AMEA Təcrübə- Sənaye Zavodu” MMC-nin istehsal sahələri ilə tanış olublar. İki qurum arasında ortaq istiqamətlərdə əməkdaşlığın təşkilinə dair fikir mübadiləsi aparılıb.