Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin məsul vəzifəli şəxslərinin AMEA YT Parka səfəri
Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Enerji Məsələlərini Tənzimləmə Agentliyi”nin nümayəndələri, Elnur Qafarlının rəhbərliyi ilə ekspertlər qrupu AMEA YT Pakına səfər ediblər. Qonaqları AMEA YT Parkının strateji inkişaf üzrə direktor müavini h.ü.f.d. Məmməd Bağır-zadə laboratoriya ilə tanış edərək, burada göstərilən xidmətlər barədə qonaqları məlumatlandırıb. Fəaliyyət prosesi ilə tanış olan nazirliyin nümayəndə heyətinə AMEA Yüksək Texnologiyalar Parkının Strateji Elmi Analitik Sınaq Mərkəzinin (AMEA SEASM) müdiri k.ü.f.d. Arzu Əlizadə və müdir müavini Kamal Yusifov laboratoriya avadanlıqları, mərkəzin imkanları və göstərilən xidmətlər barədə ətraflı məlumat verdilər. Eyni zamanda görüşün keçirilməsində məqsəd AMEA Stateji Elmi Analitik Sınaq Mərkəzi tərəfindən göstərilən qaz və maye neft qazlarının, neft-kimya məhsullarının, istehlak mallarında toksik elementlərin sınağının həyata keçirilməsi və ekspertizası məsələləri müzakirə olunmuşdur.