Mayın 2-də Bakı Biznes Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Azərbaycanda ali təhsilin beynəlmiləlləşdirilməsi və rəqabətliliyinin yüksəldilməsi istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.
Konfransın keçirilməsində məqsəd ali təhsilin beynəlxalq rəqabətliliyinin yüksəldilməsi istiqamətlərini, təhsil sisteminin inkişafının nəticələrinin təhlil olunmasını və perspektivdə bu prosesin daha da uğurlu davam etməsi üçün qarşıya qoyulan vəzifələrin həlli yollarını müəyyənləşdirməkdir.
Konfransda “İnsan kapitalının formalaşması və təhsilin keyfiyyətinə təminat”, “Ali təhsil müəssisələrində keyfiyyət təminatı sistemi”, “Beynəlxalq maliyyə və mühasibat uçotu standartlarının tətbiqi: kadr potensialı və inkişaf istiqamətləri”, “Ali təhsil sistemində beynəlxalq rəqabətliliyin artırılmasında təhsil və tədris proqramlarının təkmilləşdirilməsinin əhəmiyyəti”, “Azərbaycanda təhsilin beynəlxalq rəqabətliliyinin təmin edilməsində xarici dillərin rolu”, “Təhsilin rəqabətliliyinin təmin edilməsində riyazi fənlərin tədrisi üzərinə düşən vəzifələr” mövzularında müzakirələr aparılıb.