20 may 2019-cu il tarixində AMEA-nın vitse-prezidentləri akademik İbrahim Quliyev, akademik Dilqəm Tağıyev, AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri Fətəli Abdullayev, Azərbaycan Dovlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentləri Xalik Məmmədov və Tofiq Qəhrəmanov AMEA Yüksek Texnologiyalar Parkına səfər ediblər.
     AMEA Yüksək Texnologiyalar Parkının laboratoriyasının (AMEA SEASM)  müdiri, alim Arzu Əlizadə, keyfiyyət meneceri  Kamal Yusifov qonaqlara Akademiyanın müasir avadanlıqları, tam komplektləşmiş kadrları və göstərilən yüksək keyfiyyətli xidmətləri barədə ətraflı məlumat verdilər. 
     Qonaqlar YT Parkda neft məhsullarının istehsalını həyata keçirən  Təcrübə Sənaye Zavodu və “Millers Oils Azerbaijan”-nın müasir istehsal sahələri, yüksək keyfiyətli və brendli məhsulları ilə tanış oldular. Akademiyanın Strateji Elmi Tədqiqatlar Mərkəzinin hərb və müdafiə qüdrətinin artırılması istiqamətində olan layihələri və məhsulları, eyni zamanda mülki - kənd təssərrüfatı, ekoloji monitorinq, neft-qaz platformalarında müşahidə üçün yararlı olan müasir trendli məhsullar (dronlar, pilotsuz uçuş aparatları və s.) barədə məlumatları siyasi elmlər doktoru Fətəli Abdullayev qonaqlara çatdırdı.
     AMEA Yüksək Texnoligiyalar Parkının infrastruktur imkanları, Parkın rezidentinə verilən vergi və gömrük güzəştləri, Texnoparkın məhsullarının dövlət əsaslı sifarişlə satınalınması barədə məlumatlar haqqında qonaqlara Parkın direktoru Nazim Şükürov ətraflı məlumat verdi.
     Qonaqlar gördüklərindən məmnun qaldılar və Transmilli şirkətin alimlərə dəstək olacaqlarını bildirdilər.