Xətai rayonu 249 saylı orta məktəb - Kiçik Akademiyanın şagird və müəllim heyətinin AMEA YT Parka səfəri
27 may 2019-cu il tarixində Xətai rayonu 249 nömrəli tam orta məktəbin şagirdləri – Kiçik Akademiya üzvləri, həmin məktəbin Pedaqoji Şurasının üzvü, rus dili müəlliməsi Aida İsgəndərovanın rəhbərliyi ilə AMEA Yüksək Texnologiyalar Parkına ekskursiya ediblər.
Ziyarətçiləri YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürov qarşılayıb.
Direktor ilk öncə qonaqlara Yüksək Texnologiyalar Parkı haqqında ətraflı məlumat verərək bildirdi ki, innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli elmtutumlu istehsalın inkişafı, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması bu qurumun əsas məqsədlərindəndir.
Ziyarətçilər ilk olaraq Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə qurulan , beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş Akademiya Laboratoriyası ilə tanış olublar. Mərkəzin müdir müavini və keyfiyyət meneceri Kamal Yusifov onlara laboratoriyanın imkanları, burada göstərilən xidmətlər barədə ətraflı məlumat verib.
Sonra ziyrarətçilər hazır neft məhsulları və onların istehsal prosesi ilə, son olaraq isə hərbi və mülki təyinatlı dron və ya pilotsuz uçuş aparatları (PUA) ilə tanış olublar.
YT Parkda həyata keçirilən layihələr, buradakı maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti ziyarətçilərin böyük marağına səbəb olub.