Qərbi Azərbaycan Elm və Texnologiya Parkının rəhbərliyi ilə digər şirkət nümayəndələri AMEA YT Parka səfər etmişdir
29 may 2019-cu il tarixində Qərbi Azərbaycan Elm və Texnologiyalar Parkı (West Azerbaijan Science and Technology Park, bundan sonra - WASTP) İdarə Heyətinin Sədri i.ü.f.d., professor Hassan Heidarinin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA Yüksək Texnologiyalar Parkına səfər etdilər.
Nümayəndə heyətinin tərkibinə WASTP-in idarə və maliyə direktoru Ehsan Yousefi, Science Pillar qurumunun İdarə Heyətinin Sədri H. Partovi Gharehbagh və Sayan Electric Tarh P.J.S.Co.-in baş idarəçisi, elektrik mühəndisi Mehdi Amjadi daxil idi.
Qonaqları YT Parkın direktoru i.ü.f.d Nazim Şükürov qarşılayıb. O, Parkın ərazisində Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnoloji məhsulların hazırlandığını, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və milli iqtisadiyyatda elmin payının artırılması istiqamətində önəmli işlərin görüldüyünü qeyd edib. Həmçinin, YT Parkda innovasiya fəaliyyətinin səmərəli mexanizmlər əsasında aparılması üçün dünya təcrübəsinin tətbiq edildiyini, elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi, texnoloji, elmtutumlu milli məhsulların istehsalı və intellektual biznesin formalaşdırılmasına dair mühüm işlərin görüldüyünü bildirib.
Qonaqlar Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə qurulan , beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş Akademiya Laboratoriyası ilə tanış olduqdan sonra hazır neft məhsulları və onların istehsal prosesi ilə tanış olublar.
İki qurum arasında ortaq istiqamətlərdə əməkdaşlığın təşkilinə və birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.