AMEA YT Park rəhbərliyi Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar “MAİNTECH-2019" Forumunda iştirak edib
Azərbaycanda ilk dəfə olaraq keçirilən “İnnovasiya Festivalı” (“İnnoFest”) çərçivəsində “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu (“MAINTECH – 2019”) təşkil olunub. “MAINTECH – 2019” Forumunun əsas məqsədi innovativ və texnoloji məhsul və xidmətlərin daha geniş tanıdılması və onların ixracına dəstək olmaqdır. Tədbirdə yerli innovativ məhsul və texnologiyaların ixrac perspektivləri, innovativ biznes ekosisteminin inkişafı, yaradılan məhsul və xidmətlərdən ölkə daxilində həm özəl, həm də dövlət sektoru tərəfindən istifadəsinin təşviq edilməsi üzrə təqdimat və müzakirələr yer alıb. Forumda ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri, habelə, innovasiya ekosisteminin iştirakçıları, startaplar, xarici ölkələrdən olan nümayəndələr, beynəlxalq təşkilatlar, özəl sektor və dövlət qurumları, o cümlədən AMEA Yüksək Texnologiyalar Parkının direktoru i.ü.f.d. Nazim Şükürov iştirak edib.