SOCAR - AMEA əməkdaşlığının növbəti mərhələsi olaraq görüş keçirilib
SOCAR-AMEA sıx əməkdaşlığının növbəti mərhələsi olaraq, 18 iyun 2019-cu il tarixində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin göstərişi ilə SOCAR-ın təhlükəsizlik idarəsinin rəis müavini Şahin Əliyev və İT şöbəsinin rəisi İlkin İsmayılov AMEA Yüksək Texnologiyalar Parkına səfər etmişlər.
Qonaqlarla YT Parkda AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi tərəfindən hərb və müdafiə qüdrətinin artırılması istiqamətində həyata keçirilən layihələr və xüsusilə neft-qaz platformalarında müşahidə üçün yararlı olan müasir trendli məhsullar (dronlar, pilotsuz uçuş aparatları, anti-dronlar və s.) barədə qapalı görüş keçirilmişdir. Görüş zamanı dron və anti-dronlarlın hazırlanması ilə bağlı SOCAR əməkdaşları tərəfindən texniki göstəricilər verilmişdir.
Qonaqlar AMEA YT Parkda istehsal olunan innovativ məhsullarla tanışlıqlarından və AMEA ilə əmakdaşlıqlarından məmnun qaldıqlarını bildiriblər.