AMEA-nın müxbir üzvü Bağır Süleymanovun 60 yaşı tamam olur
İyunun 22-də görkəmli neftçi alim, "SSRİ ixtiraçısı" döş nişanı laureatı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neftqazelmitədqiqatlayihə İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü, AMEA Yüksək Texnologiyalar Parkının Ekspertlər şurasının üzvü, professor Bağır Süleymanovun 60 yaşı tamam olur.
   AMEA Yüksək Texnologiyalar Parkı rəhbərliyi və kollektivi adından görkəmli neftçi alimi 60 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!