Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşı tərəfindən ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun verilməsi ilə əlaqədar AMEA Yüksək Texnologiyalar Parkının rezidentlərinin anbarlarına baxış keçirilib. Gömrük xidmətinin əməkdaşını AMEA YT Parkın direktor müavini Məmməd Bağırzadə qarşılayıb. Bakı Baş Gömrük İdarəsinin Mobil gömrük şöbəsinin inspektoru Məlikov Əlibala "AMEA Təcrübə-Sənaye Zavodu" MMC, "Millers Oils Azerbaijan" MMC və “Buta Armor” MMC-nin anbarları ilə tanış olub və anbarların təyinatı barədə məlumatlandırılıb.