AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) və Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPİ) birgə təşkilatçılığı ilə seminar işini yekunlaşdırıb
16-17 oktyabr tarixlərində AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) ilə Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPİ) tərəfindən birgə həyata keçirilən “Azərbaycanda texnologiya transferi və kommersiyalaşdırılmasının təşviqi” adlı seminar başa çatıb. Tədbirdə iştirak edənlərə sertifikatlar təqdim olunub.
İki gün davam edən “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” mövzusunda keçirilən seminarda "Texnoloji sahibkarlıq və ideya əsaslı startap", "2019-cu il üzrə inkişaf və nailiyyət layihəsinin təqdimatı", "Koreyada STİ potensialının inkişafı üzrə səyyar təlimdən sonra tətbiq və inkişaf halları", “Texnoparkların texnologiya kommersiyalaşdırılmasında rolu”, “Koreya texnoparkı inteqrasiya olunmuş biznes platforması kimi” başlıqlı çıxışlar edilib. Elm, texnologiya və innovasiya siyasətinin iqtisadiyyatda oynadığı mühüm rol və əldə olunan nailiyyətlər haqqında məruzələr dinlənilib. Həmçinin Azərbaycanın elm və texnologiya siyasətinin cari vəziyyəti müzakirə olunub.
Seminarın keçirilməsində əsas məqsəd Koreyanın innovasiyaların sənayedə tətbiqi sahəsində təcrübəsinin öyrənilməsi, həmçinin Koreya ilə Azərbaycan arasında elm və texnologiya sahəsində davamlı əməkdaşlığa nail olmaq idi.