3D-printerdə çap olunmuş körpü uzunluğuna görə dünyada birinci olub

      Çinin Şanxay şəhərində rekord ölçüyə malik 3D-printerdə çap olunmuş körpü salınıb. Onun uzunluğu 14, eni 4 metrdir. Körpünün detalları ASA-plastik kütlədən və şüşə lifdən hazırlanıb.
      Körpü Sinxua Universitetinin İnşaat institutu tərəfindən layihələndirilib və tikilib. Layihə rəhbərləri körpünün zahiri görünüşünü Hebey əyalətində yerləşən qədim Anji körpüsünə bənzədiblər. Tikinti işləri Şanxayda yerləşən “Wisdom Park”da aparılır.
      Hazırda inşaat işləri davam etsə də, parka gələnlər artıq körpüdən keçmək imkanı əldə ediblər.
      Şanxay körpüsü elementləri 3D-printerdə çap olunan üçüncü körpüdür. Onlardan birincisi 2016-cı ildə İspaniyada, ikincisi isə bir il sonra Niderlandda salınmışdır.