Patentin adı: Motor yağlarına çoxfunksiyalı alkilfenolyat aşqarının alınma üsulu

Alınma tarixi və nömrəsi: İ 2017 0047

Qısa məzmunu:
Təklif olunan alkilfenol, salisil turşusu, formaldehid və monoetanolaminin ardıcıl kondensləşmə məhsulunun karbonatlaşmış duzundan ibarət aşqar motor yağlarına çoxfunksiyalı effektli əlavədir. İşlənilmiş alınma üsulu kifayət qədər sadədir və motor yağlarına effektli çoxfunksiyalı aşqarın alınmasına imkan verir.

Müəlliflər: Kazımzadə Əli Kazım oğlu, Nağıyeva Elmira Əli qızı, Fərzəliyev Vaqif Məcid oğlu, Qədirov Əli Əşrəf oğlu, Əliyeva Mahizər Nəcəf qızı, Abdullayev Bəylər İbrahim oğlu, Məmmədova Rəhilə Əmiraslan qızı, Nəsirova Sahilə İkram qızı, Dadaşova Təranə Adil qızı.